Cəmiyyət

“Azernews” dünyanın aparıcı qəzetləri arasında: Yeni bir uğur - FOTO

19 Yanvar 2021 09:16
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ilk ingilisdilli qəzeti "Azernews" beynəlxalq media arenasında Azərbaycan təmsilçisi kimi nüfuzu getdikcə artır.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərkəzi ofisi Parisdə yerləşən "Sparknews" nüfuzlu fransız mətbuat təşkilatı transmilli mətbuatın çoxlu sayda nümayəndələrini öz sıralarında birləşdirərək güclü media alyansının - "Impact Journalizm Day" yaranmasına nail olub.

"Azernews" qəzeti də "Sparknews"un yaratdığı "Impact Journalizm Day" beynəlxalq hərəkatına dəvət olunmuşdur və hərəkata daxil edilmişdir.

60 beynəlxalq media nümayəndəsini özündə birləşdirən hərəkatda "USA Today" (ABŞ), "Huffington Post" (ABŞ), "The Sunday Times" (Böyük Britaniya), "La Monde" (Fransa) kimi nüfuzlu qəzetlər yer alır.

Trend İnformasiya Agentliyi "Azernews" qəzetinin bu uğurunu yüksək qiymətləndirərək gələcəkdə qəzetin alyans daxilində uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirir.

Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən "Azernews" qəzeti özünə ingilisdilli böyük oxucu auditoriyası toplayıb. "Azernews" Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvüdür. Qəzetin onlayn versiyası - www.azernews.az saytı da fəaliyyət göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.