Cəmiyyət

"Bizim COVİD-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır"

18 Yanvar 2021 21:36
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir vaksinin əlavə təsiri var. Bizim COVİD-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Bu əlavə təsirlər baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı "Xəzər" kanalına müsahibəsində deyib.

R.Bayramlı əlavə edib ki, Azərbaycanda istifadə edilməyə başlanılan vaksinlər Türkiyədə 1 milyondan çox həkimə vurulub və heç bir əks təsir aşkarlanmayıb:

"Ölkəmizə gətirilən hər bir vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir. Ölkəmizə gətirilən vaksin seriyası da Türkiyə Səhiyyə Nazirliyinin Əczaçılıq Qurumunun laboratoriyalarında iki həftəlik analiz proseslərindən keçib. Əlimizdə onların bütün analizlərdən uğurla keçməsi barədə rəsmi məlumatlar var. Anlaşmaya uyğun olaraq, bundan sonrakı vaksin partiyaları da belə gətiriləcək".

TƏBİB sədri bildirib ki, hər bri şəxs vaksinasiya olduqdan sonra 30 dəqiqə ərzində müşahidə altında saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.