Cəmiyyət

Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb

18 Yanvar 2021 11:30
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin yanvar ayı üçün ödənişinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatına həsr olunan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimov qeyd edib ki, ölkəmizdə yarım milyon nəfər müavinət, 1 milyon 250 min nəfər pensiya, 77 min nəfər ailə ünvanlı dövlət sosial yardım alır.

Nazir müavini qeyd edib ki, köçkünlərə verilən mənzillərin Qarabağ müharibəsi şəhidləri və qazilərinə verilməsi nəzərdə tutulur: "Bakı, Bakıətrafı ərazilərdə Sumqayıtda köçkünlət üçün tikilən 4700 mənzil nazirliyin balansına veriləcək. Bu, növbədə olan şəhid ailəsi və qazilərinin mənzil təminatının daha erkən həyata keçirilməsinə imkan verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.