Cəmiyyət

Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB

16 Yanvar 2021 11:10
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yoluxanların sayının azalması test sayının azalması ilə bağlı deyil, buna şübhə yaranmamamlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda aktiv xəstə sayı 9700-dən çoxdur.

Y.Qarayeva bildirib ki, ölkədə COVİD-19-a yoluxmaların sayı azalıb, sağalanların sayı artıb. Artıq yeni yoluxanlarla sağalanların sayı arasında 3-4 dəfə fərq var: "Bu, bizim üçün çox önəmlidir. Sərtləşdirilmiş karantin rejimi çarpayuı fondunun azalmasına səbəb olub".

Y.Qarayeva bildirib ki, ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib:" Bu, karantin rejiminin sərtləşdirilməsi və vətəndaşların qaydalara daha yaxşı əməl etməsinin nəticəsidir. Vətəndaşlar qayzdalara ciddi şəkildə riayət edirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.