Cəmiyyət

Maska taxmayanlar şöbəyə aparılır? - RƏSMİ AÇIQLAMA

13 Yanvar 2021 12:27
Baxış: 2 342

Facebook sosial şəbəkəsində İmamət İsmayılova adlı şəxs polisin onun qonşusunu əsassız bölməyə apararaq protokol yazması barədə ittihamlar səsləndirməsi müzakirəyə səbəb olub.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin şəxslə əlaqə saxlanılaraq, məlumat dəqiqləşdirilib: "Məlum olub ki, İ.İsmayılovanın qonşusu Aydın Məmmədov Suraxanı rayon ərazisində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol tam əsaslıdır, hər hansı hüquq pozuntusu yoxdur".

E. Hacıyev vətəndaşlara belə məsələlərdə diqqətli olmağa, əsassız məlumatları yaymamağı tövsiyyə edib: "Tövsiyə edirik ki, sosial şəbəkə istifadəçiləri polis haqqında hər hansı məlumatı tirajlayarkən diqqətli olsunlar. Çünki sosial şəbəkələrdə "fakt" kimi təqdim olunan, feyk xəbərlər dəqiqləşdirilməklə yoxlanılır. Feyk xəbərlər əsasən saxta, manipulyasiya məqsədilə yaradılan hesablarda paylaşılaraq, həqiqət kimi təqdim olunur. Buna ənənəvi mediadan fərqli olaraq sosial media istifadəçilərinin paylaşımlarında daha çox rast gəlinir. Daxili işlər orqanlarının fəaliyyəti insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Pademiya şəraitində vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.