Cəmiyyət

Ölməzlər - Şəhid Həsən Abdullayev - VİDEO - FOTO

13 Yanvar 2021 14:39
Baxış: 483

1994-cü ildə Daşkəsəndə doğulan Həsən Abdullayev Gəncədə 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan ordusunda MAHHXHQ əsgər olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, şiddətli döyüşlər gedən zaman Həsən Abdullayev döyüş yoldaşlarının nəşinin yanında 3 gün sağ qalır. Daha sonra xüsusi təyinatlı dəstənin üzvləri onun sağ olduğunu görür və Həsən onlara qoşulub yenidən döyüşlərə davam edir.

Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Həsənin anası oğlunun ölümündən 3 gün əvvəl onun fikriylə vəfat edir. Ana baladan, bala anadan xəbərsiz dünyadan köçür.

Son nəfəsində dostuna "mənim hiss etdiyim ətri hiss etmirsən" deyən 26 yaşlı igid "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

26 yaşlı igidin həyat və döyüş yolundan ailəsi, dostları, döyüş yoldaşları "Ölməzlər"ə danışdılar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.