Məktəbi döyüş meydanına dəyişərək şəhidlik zirvəsinə ucalan müəllim - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsində peşəsindən asılı olmayaraq hər kəs düşmənə qarşı bir yumruq kimi birləşdi. Bu savaşda qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələn müəllimlər də oldu. Məktəbi döyüş meydanına dəyişərək şəhid olan müəllimlərimizdən biri də Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin fiziki tərbiyə müəllimi Vəliyev Vüqar Emin oğludur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin anası Gülzadə Vəliyeva bildirib ki, atasız böyüyən Vüqar uşaq vaxtlarından zəhmətkeş olub. Evin bütün qayğıları onun çiyinlərində idi. Peşəsini çox sevirdi. Şagirdlər də onu sevirdilər. "Vətəni bizdən üstün tutdu. Şəhid olandan sonra yuxuma girmişdi. Deyirdi yerim yaxşıdır, ağlama. İstəyim odur ki, Vüqar şəhid olan yerə gedim", - deyə o qeyd edib.
Vüqarın əmisi Əfəndi Vəliyev onun vətənpərvərliyindən danışıb. Bildirib ki, Vüqar düşmənə qisas hissi ilə böyüyüb. "Vüqarın vətənpərvər ruhda böyüməsinə təsir göstərən amillərdən biri də kəndimizin təmas xəttində yerləşməsi, illərdir atəş altında yaşamağımız olub. Vüqar vətənpərvərliyini əməli ilə göstərdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Onun dəfni zamanı da düşmən kəndimizi atəşə tutmuşdu. Buna baxmayaraq camaat heç nədən qorxmadan, dəfn mərasimində iştirak etdi. Allahdan bütün şəhidlərə rəhmət diləyirəm".
Şəhidin bacısı Gülnar Məmmədova qardaşı barədə fəxrlə danışıb: "Ailədə bir qardaş, bir bacı olmuşuq. Atamızı kiçik yaşımızda itirmişik. Uşaqlığımız çətin keçib. Vüqar mənə həm qardaş, həm də ata olub. Mənim təhsil almağımda onun əməyi çox olub. Bu gün qardaşımı itirsəm də, onunla fəxr edirəm".
Qeyd edək ki, şəhid Vüqar Vəliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
-
Bu ərazilərə güclü yağış yağır
-
Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi
-
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
-
Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK
-
İçərişəhərdə şortik davası: "Səni bu məhlədə bir də görməyim" - VİDEO
XƏBƏR LENTİ
-
Güclü yağış yolun çökməsinə səbəb oldu
-
Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
-
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
-
Bu ərazilərə güclü yağış yağır
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Bir gündə 64 cinayət açıldı, 147 axtarışda olan şəxs saxlanıldı
-
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
-
Halk Hoqa bu səbəbdən ölübmüş
-
Kürdəmirdə açıq ərazidə yanğın olub
-
Kəlbəcərdə faciə: Hərbçi dərəyə düşərək həlak oldu
-
Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi
-
Dünya Kuboku öncəsi qalmaqal: Futbolçular stadionlardaki problemi üzə çıxardı - VİDEO
-
Millimizin iki futbolçusu heyətdən çıxarıldı
-
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
-
3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO
-
Yasamalda söküntü ilə bağlı yayılan iddialara rəsmi cavab verildi - FOTO
-
Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK
-
Trampın təklifi ABŞ-də sistemi dəyişə bilər
-
Ayın 6-da leysan yağacaq, dolu düşəcək - PROQNOZ
-
Türkiyədə azərbaycanlı qadınlar güllələndi, biri öldü - FOTO
-
İçərişəhərdə şortik davası: "Səni bu məhlədə bir də görməyim" - VİDEO
-
Binədə mağazada YANĞIN
-
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
-
Hasan Can Kaya ABŞ-də evləndi - FOTO





