Cəmiyyət

Azərbaycanın regionlarında və iri şəhərlərdə özünəməxsus mikroiqlim şəraiti yaradılıb - Xidmət rəisi

8 Yanvar 2021 16:33
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda nəqliyyatın, binaların sıx olması və asfalt örtüyü nəticəsində bəzi yerlərdə daha yüksək temperaturun müşahidə edilməsi mümkündür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın regionlarında və iri şəhərlərdə özünəməxsus mikroiqlim şəraiti yaradılıb: "Bəzi ərazilərdə mikroiqlim şəraitini dəyişmək lazım deyil, əksinə, onu qorumaq lazımdır. Biz çalışaq ki, bəzi yerlərdə belə iqlim şəraitinə az müdaxilə olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.