Cəmiyyət

Türkiyə Prezidenti İğdır-Naxçıvan qaz kəməri ilə bağlı yeni qərar verib

6 Yanvar 2021 14:45
Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəməri layihəsinin reallaşması üçün kommunikasiya xətləri və digər işlərin görülməsi barədə qərar verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin rəsmi mətbuat orqanında dərc olunan qərar əsasən bu işlər TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətinə tapşırılıb.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin "BOTAŞ" şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.

İki ölkə arasında Anlaşma Memorandumuna əsasən İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.