Cəmiyyət

Yanacaq qiymətinin dəyişməsi avtomobil qiymətlərinə necə təsir edəcək? - Ekspert rəyi

5 Yanvar 2021 17:01
Baxış: 2 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Aİ 92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsinin avtomobil qiymətlərinə ciddi təsir edəcəyini düşünmürəm.

Milli.Az bildirir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, yalnız dizel yanacağı ilə işləyən avtomobillərin qiymətində nisbi azalma ola bilər. Azərbaycanda avtomobil bazarının gedişatı onu deməyə əsas verir ki, yanacaq qiyməti heç bir halda avtomobil qiymətlərinə ciddi təsir etməyib:

"Avtomobillərin qiymətinə əsasən müyyən qərarlar təsir göstərə bilər. Tutaq ki, idxala tətbiq olunan müəyyən məhdudiyyətlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar avtomobil qiymətlərinə təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.