Cəmiyyət

Bakının bu ərazisində olan obyektlər sökülür - FOTO

29 Dekabr 2020 17:14
Baxış: 3 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol genişləndirilməsi səsbəbindən Yasamal rayonu ərazisində yerləşən bəzi obyektlər sökülür.

Milli.Az Trend-ə istinadən bildirir ki, söhbət Yasamal rayonu 20 Yanvar küçəsindən gedir. Ərazidə fəaliyyət göstərən sahibkarların verdiyi məlumata görə, artıq bir neçə obyekt sökülüb, əvəzində isə onların sahiblərinə kompensasiya verilib.

Sözügedən ərazidə yeni park da salınır. Yol genişləndikdən sonra 20 Yanvar küçəsinin girişində həmin parka gələn insanlar üçün avtomobil dayanacağı da inşa ediləcək.

Qeyd edək ki, 20 Yanvar küçəsi Moskva prospekti ilə kəsişir. Bakının şimal girişi olan Moskva prospektinin ətrafında da bəzi abadlıq işləri görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.