Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 132 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və digər otağının tavanı 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az