Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Samuxda sərhəd zastavasının açılışı olub
12 Yanvar 2012 21:49
0 Şərh
Baxış: 6 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, Azərbaycanın dövlət sərhədlərinin etibarlı şəkildə qorunması və baş verə biləcək sərhəd pozuntularının qarşısını almaq məqsədilə Dövlət Sərhəd Xidmətinin növbəti sərhəd zastavası istifadəyə verilib.
Samux rayon ərazisində yerləşən zastava bundan sonra Azərbaycan-Gürcüstan sərhədinin bir hissəsinə nəzarət edəcək.
Şəmkir Sərhəd Dəstəsinin komandiri Elşən Verdiyev və Samux rayon İcra Hakimiyyəti rəsmilərinin qatıldığı açılış mərasimində Azərbaycanda sərhəd quruculuğu sahəsində aparılan məqsədyönlü işlərdən söz açılıb.
Bildirilib ki, son illər sərhəd qoşunlarının hərbi hissələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi burada xidmət edən zabit və əsgərlərin döyüş hazırlığını yüksəltməyə yönəlib. Zastavanın rəmzi açılış lentini kəsən rəsmilər hərbi hissədə əsgərlər üçün yaradılan şəraitlə tanış olublar. Sərhəd məntəqəsinə baxış keçirən qonaqlar daha sonra əsgər yeməkxanasında əsgərlərlə birlikdə nahar ediblər.
Bildirək ki, zabit ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün Heyvalı sərhəd zastavasında yüngül konstruksiyalı evlər də inşa olunub.
Şəmkir Sərhəd Dəstəsinin zabiti Elşən Rəhmanov bildirib ki, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün yeni əsgər yataqxanaları, sərhəd məntəqələri tikilərək istifadəyə verilir. Bu gün açılışında olduğumuz zastava Şəmkir Sərhəd Dəstəsinin ərazisində inşa edilərək sərhədçilərimizin istifadəsinə verilib. Bu sərhəd məntəqəsində şəxsi heyətin normal xidmət keçməsi üçün bütün şərait yaradılıb və əsgərlərimiz bu şəraitdən istifadə edərək dövlət sərhədimizin etibarlı mühafizəsini bu zastavada həyata keçirəcəklər.
Qeyd edək ki, Heyvalı sərhəd zavtavası Şəmkir Sərhəd Dəstəsinin ən ucqar məntəqələrindən biri hesab olunur. Azərbaycanın dövlət sərhədlərinin yüksək səviyyədə və etibarlı şəkildə qorunmasını özlərinə peşə seçən sərhədçilərimiz, Gürcüstan-Azərbaycan sərhədində inşa olunaraq istifadəyə verilmiş Heyvalı sərhəd zavtavasının açılışında böyük ruh yüksəkliyi ilə iştirak edirdilər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi