Cəmiyyət

Evdə hazırlanan parça maskalar - Onlar bizi virusdan qoruyurmu?

21 Dekabr 2020 18:49
Baxış: 1 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanlar bilməlidirlər ki, parça maskalar onları virusdan qorumur, əksinə, onun yayılmasına daha çox şərait yaradır.

Milli.Az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, parça maskalar nə qədər yuyulsa, ütülənsə də mikroblar onun üzərində yenə də qalır:

"Evdə hazırlanan qoruyucu maskalar məsaməli parçadan tikilir. Bu maskaların tibbi maskalar ilə fərqi ondan ibarətdir ki, hazırlayan zaman müxtəlif şəxslərin ona əli dəyir. Maskanı hazırlayan şəxs özü bilmədən də virusun daşıyıcısı ola bilər. Lakin xüsusi müəssisələrdə istehsal olunan tibbi maskalara isə insan əli dəymir. Onlar hazır rulonda olur, üzəri sellofan və spirtə bulaşdırılmış xüsusi məhlulla örtülür. Rulon hazır şəkildə aparata yerləşdirilir və insan əli dəymədən maska hazırlanır, oradan da ultrabənövşəyi şüadan keçərək saxlanca yerləşdirilir".

S.Babayeva bildirib ki, virus növündən asılı olaraq parça materialın üzərində 2-6 gün qala bilir:

"Vətəndaşlarımız elə bilirlər ki, parça maskanı yusalar, virus öləcək. Ancaq biz mikroskopla müşahidə etmişik - parça yuyulub, ütüləndikdə belə virus orada qalır. Xaricdə həkimlər xəstənin yatdığı otağa girən zaman öz geyimini çıxararaq əvəzində tulum geyinir, hətta palatadan çıxan zaman gedib yuyunurlar".

MMC rəhbəri əlavə edib ki, bu gün yalnız fiber maskalar uzun ömürlüdür və onlar 60 dəfəyədək yuyulmaya davamlıdırlar:

"Qiymət baxımından baha olsa da, xüsusi fiber maskalar var ki, onlar daha uzunömürlüdürlər. Ancaq parça maskalar elə deyil. Bəzi vətəndaşlar bilmədən parça maskanı taxır, bəziləri isə, yalnız onları cərimə etməsinlər deyə geyinir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.