Cəmiyyət

400-ə yaxın Azərbaycan toponimi milliləşdirilir

18 Dekabr 2020 17:29
Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasında 400-ə yaxın toponimin adının dəyişdirilməsi, milliləşməsi və onların düzgün yazılışının müəyyən edilməsi istiqamətində işlər aparılır.

Milli.Az bildirir ki, bunu Trend-ə Dilçilik İnstitutunun Toponimiya sektorunun müdiri, professor Qara Məşədiyev bildirib.

Onun sözlərinə görə, bu toponimlərin əksəriyyəti işğal altında qalan ərazilərimizin payına düşür.

Q.Məşədiyev qeyd edib ki, Azərbaycan toponimləri daha çox ermənilər tərəfindən dəyişdirilib:

"Ermənilər işğal altındakı toponimlərimizin 90 faizini erməniləşdiriblər. Onlar demək olar ki, bütün toponimlərə nə isə əlavə edib onu dəyişdiriblər. Dəyişdirə bimədiklərini isə Azərbaycan dilindən erməni dilinə çevirərək veriblər və iddia edirlər ki, guya azərbaycanlılar həmin toponimləri ermənilərdən götürüblər. Biz hazırda bütün belə toponimlərin adlarını dəyişdirirərək onun tarixi adını geri qaytarırıq, bəzilərinə isə yeni adlar verilir".

Q.Məşədiyev bildirib ki, adların bərpa edilməsi tarixi mənbələr əsasında həyata keçirilir. Bu zaman Azərbaycanın qədim xəritələrindəki toponimlər nəzərə alınır.

O, bütün bu dəyişikliklərin tarixçi, iqtisadçı və digər alimlərlə birlikdə müzakirəsindən sonra qəbul edildiyini açıqlayaraq deyib ki, yeni toponimlər AMEA-da müzakirə olunduqdan sonra siyahı Milli Məclisin Toponimiya Komissiyasına, burada müzakirələr aparıldıqdan sonra isə təsdiq üçün Milli Məclisin plenar icasına təqdim olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.