Cəmiyyət

Azərbaycanda bu bələdiyyənin adı dəyişdirilir

15 Dekabr 2020 11:24
Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Şamaxı rayonunun Saqiyan kəndinin bələdiyyəsinin adı dəyişdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, iclasda "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı"nda dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə tutulur.

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu gün iclasda Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması da təsdiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.