Cəmiyyət

Bu gündən dekabrın 7-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

5 Dekabr 2020 07:09
Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən dekabrın 7-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Milli.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2020-ci il 28 dekabr saat 06:00-dək dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.