Cəmiyyət

Biz qayıtdıq, KƏLBƏCƏR!

25 Noyabr 2020 11:56
Baxış: 3 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabahın xeyir 27 ildən sonra işğaldan azad olan doğma Kəlbəcərimiz. Gözün aydın, Azərbaycan!

Azərbaycan ordusu imzalanmış bəyanata əsasən, bu gün Kəlbəcər rayonuna daxil olub. Kəlbəcəri razılaşma əsasında geri qaytarsaq da, onu Murovdağda, Şuşada və digər torpaqlarımızda vuruşan, şəhid olan igidlərimizin qanı ilə işğaldan azad etmişik. Kəlbəcərlilər öz doğma torpaqlarına qayıtmaq üçün bu günü neçə ildir həsrətlə gözləyirdilər. 

Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də erməni işğalçıları tərəfindən işğal olunmuşdur. Nəticəsində 60 min nəfər öz yurdlarından didərgin düşmüşdür. Neçə-neçə igid oğlanlarımız Kəlbəcərin müdafiəsi zamanı şəhid olmuşdur. Bu gün onların ruhu şaddır. 

Maraqlı bir faktı da qeyd edim ki, Kəlbəcərin işğalı zamanı rayonu tərk etmək üçün azərbaycanlılara 10 saat vaxt verən erməni terrorçu lider Monte Melkonyanın ad günüdür. Ermənilər hər il onun doğum gününü bayram kimi qeyd edib. Ona ən yaxşı hədiyyəni ordumuz verdi. Bundan sonra "Qara bayram" kimi qeyd edərlər. Qeyd edim ki, terrorçu 1993-cü ildə ordumuz tərəfindən məhv edilmişdi.

Bu gündən etibarən Azərbaycan bayrağı bir daha enməməmək üzrə Kəlbəcərdə dalğalanacaq. "Bir gün Kəlbəcərdə" ifadəmiz artıq videolentlərdə, yazılarda qaldı.

Fərid Zöhrabov
Day.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.