Cəmiyyət

"Bu gün mən işğal olunmuş deyil, azad Şuşadanam" - Parlamentdə çıxış edən şuşalı - VİDEO

13 Noyabr 2020 11:34
Baxış: 3 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 may Şuşanın işğalı günü Milli Məclisdə təsirli çıxışı ilə yadda qalan şuşalı gənc Əsra Məmmədli bu gün Milli Məclisdə Şuşanın işğaldan azad olunması münasibətilə çıxış edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, qeyd edib ki, bu gün mən işğal olunmuş deyil, azad Şuşadanam:

"Bir neçə ay bundan əvvəl burada çıxış edərkən vətənimə qovuşmağı təsəvvür belə edə bilməzdim. Lakin bu gün artıq işğala son qoyulub. Azərbaycan xalqı, Azərbaycan əsgəri qanı və canı bahasına öz torpaqlarına sahib çıxdı.

Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşada və digər işğaldan azad olunmuş rayonlarmızda dalğalanır. Mən hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir, çünki Qarabağ Azərbaycandır!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.