Cəmiyyət

Dilqəm və Şahbaz Ermənistana aparılıb

4 Noyabr 2020 22:20
Baxış: 9 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından köçürülüb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, bu barədə bu gün ona Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məlimat verib: "Bu gün günorta saatlarında komitədən zəng vurub bildirdilər ki atamı və Şahbaz Quliyevi Şuşa həbsxanasından Ermənistana aparıblar. Komitə əməkdaşları dedilər ki, onları Ermənistanın konkret hansı ərazisinə apardıqları haqda məlumatları yoxdur. Hazırda onların yerini dəqiqləşdirilir. Saxlanıldıqları yer müəyyən ediləndən sonra komitə əməkdaşları onlara baş çəkəcək və sonra bizə məlumat verəcəklər. Sadəcə, bildirdilər ki, girovların bundan sonrakı durumları ilə bağlı bizi xəbərdar edəcəklər".

K. Əsgərov bildirib ki, axırıncı dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsi girovlara sentyabr ayında baş çəkib: "Həmin vaxt atam bizə məktub da göndərmişdi. Məktubda atam bildirmişdi ki, hər şey normaldır. Ondan sonra xəbər yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.