Cəmiyyət

Günün qoroskopu: bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin

14 Noyabr 2020 00:01
Baxış: 4 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun.

Buğa - Səfərə və ya səyahətə yollanmayın. Səfər nəzərdə tutulan vaxtdan uzun, nəticələri isə münasib olmayacaq. Əmlakınızı qoruyun.

Əkizlər - su və alov riskli vəziyyət yarada bilər. Mənfi təmayüllərin təsiri azaltmaq üçün ünsiyyətdə səmimi və gülərüz olun. Qaraqabaqlıq etməyin.

Xərçəng - işgüzar müstəvidə çətinliklər ola bilər. Gəlirli sifvarişi əldən buraxmayın, ciddi maliyyə itkilərinə səbəb olacaq addımlar atmayın.

Şir - işdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın.

Qız - alınan məlumatı təhlil edin. Situasiyanı dəqiq qiymətləndirmək üçün baş verənləri anlamağa çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil.

Tərəzi - önəmli problemlər yaranmır. Kiçik çətinlikləri asanlıqla dəf edə bilərsiniz. Dəyər verdiyiniz insandan gələn xəbər əhvalınızı yaxşılaşdıracaq. Axşam saatlarında istirahət edin.

Əqrəb - əsl hissləri və dostluğu heç nəyə məsul etməyən boş tanışlıqdan ayırın. Ətrafınızdakı insanlarla münasibətləri nizamlayın, emosiyalarınızda qayda yaradın. Axşam saatlarında yeni tanışlıq istisna deyil.

Oxatan - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. İşdə tənbəllik etməyin. Bu gün istirahət və əyləncə zamanı deyil.

Oğlaq - bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq. Qeyri-adi layihəni reallaşdırmaq və ya çoxdankı problemin həllini tapmaq şansları az deyil.

Dolça - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın. Səy və vaxtınızı əsirgəməsəniz xüsusi əhəmiyyətə malik işdə uğura nail ola bilərsiniz.

Balıqlar - imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın. Yaxın insanla münasibətlərdə harmoniyanı qoruyun. Etibar və xoş məramlar emosional durumunuza xoş təsir edəcək. Axşam saatlarında diqqətli olun, hisslərə qapılmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.