Cəmiyyət

Bu uşaqlar Gəncə qətliamında valideynlərini itirdi... - FOTO

13 Oktyabr 2020 10:44
Baxış: 4 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncəyə olunan raket hücumu nəticəsində hər iki valideynini itirmiş bu məsum uşaqların gözlərində çox böyük bir acı var.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz Tvitter hesabında Gəncənin işğalçı Ermənistan tərəfindən bombalanması zamanı ata-anasını itirən və onları son mənzilə yola salan uşaqlarla bağlı paylaşımnda qeyd edib.

16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanı Gəncəyə atılan raket hücumu nəticəsində itiriblər.

Xatırladaq ki, terror hadisəsi nəticəsində həmçinin körpə Nilay da hər iki valideynini itirib. Onun atası Ülvi Ələsgərov, babası Ceyhun Əsgərov və nənəsi Təranə Əsgərova Gəncəyə raket hücumu nəticəsində həlak olmuşdu. Dünən isə anası Əliyeva Günay xəstəxanada həyatını itirib.

Nilayın Gəncə qətliamında həlak olmuş valideynləri:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.