"Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır" - Mətbuat Şurası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb.
Şuradan Milli.Az-a verilən məlumata görə, bəyanatda bildirilib:
"Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Bununla bağlı konkret prosedur Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditasiyadır. Lakin təəssüf ki, bu tələb Şuşada kilsə ətrafında xəsarət almış rusiyalı media təmsilçiləri tərəfindən gözlənilməyib. Buna görə hadisədə məsuliyyət onları əraziyə dəvət edən Ermənistan hakimiyyətinin üzərinə düşür.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Şuşadakı kilsənin zərər çəkməsinin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda jurnalistlərin həmin ərazidə olmalarının məntiqini ancaq Ermənistan tərəfində axtarmaq lazımdır. Heç bir şübhə yoxdur ki, kilsə kimi dini məkana dağıdıcı hücumun beynəlxalq ictimai rəydə doğuracağı mənfi reaksiyanı hesablayan Ermənistan dairələri orada jurnalistlərin zərər çəkmələrinin neqativ cəhətlərini də düşünüblər. Bu, ciddi təxribatdır, söz və ifadə azadlığı ilə manipulyasiyadır.
Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı beynəlxalq təşkilatlarına və media qurumlarına bir neçə gün əvvəl ünvanladığı müraciətində bildirmişdi ki, Ermənistan xarici jurnalistləri gərginlik zonalarına bilərəkdən yönləndirməklə məşğuldur. Biz bunun təhlükəli tendensiya olduğunu diqqətə çatdırmışıq. Cəbhə xəttinin Azərbaycan tərəfində olan jurnalistlərin qarşı tərəfdən atəşə tutulmaları faktı da onu göstərir ki, Ermənistan hərbçiləri üçün jurnalist həyatının heç bir əhəmiyyəti yoxdur, cəmiyyətin obyektiv informasiyalarla təminatı prinsipi onların marağında deyil.
Azərbaycan Mətbuat Şurası bir daha xarici ölkə jurnalistlərinə müraciət edərək onları Ermənistanın terrorçuların və ekstremistlərin məkanına çevirdiyi işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərdən daşınmağa çağırır. Şura həmçinin Şuşada xəsarət almış rusiyalı media təmsilçilərinin tezliklə sağalmalarını və peşə fəaliyyətlərini davam etdirməyi arzulayır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu məktəblər distant təhsilə keçdi
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
XƏBƏR LENTİ
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib





