Cəmiyyət

"Hələ də bəzi sərnişinlər avtobusda maskadan istifadə etmirlər" - BNA

8 Oktyabr 2020 17:19
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər və bu da yoluxma halları riskini artırır. Bu baxımdan, avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün tərəfimizdən əlavə tədbirlər həyata keçirilməkdədir".

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş məntəqələrdə BNA əməkdaşları tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət daha artırılıb: "Həmçinin sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılır və maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır. Tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.