Cəmiyyət

Bakı məktəblərində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb

8 Oktyabr 2020 16:24
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.

İdarədən Milli.Az-a verilən xəbərə görə, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.

BŞTİ tərəfindən təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, həmçinin su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb. Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilir.

Qeyd edək ki, məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında çatışmazlıqların müəyyənləşdirilərək aidiyyəti qurumlara təqdim edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.