Cəmiyyət

Ərbəin yürüşündə Azərbaycana dəstək aksiyası - VİDEO - FOTO

8 Oktyabr 2020 13:44
Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici ölkələrdə Azərbaycanın işğala qarşı Vətən müharibəsinə dəstək aksiyaları davam edir. Daha bir həmrəylik nümunəsi İraqda qeydə alınıb.

Milli.Az bildirir ki, Kərbəlada, milyonlarla adamın iştirak etdiyi Ərbəin (İmam Hüseynin (ə) 40 mərasimi) yürüşündə Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün başlatdığı əks-hücum əməliyyatlarını dəstək məqsədi ilə "Qarabağ Azərbaycandır!" plakatı qaldırılıb.

Qarabağ müharibəsi şəhidlərinin fotolarının əks olunduğu plakatda "Dualarınızda Azərbaycanı unutmayın" sözü də ərəb və ingilis dillərində yazılıb. Plakat yürüş iştirakçıları və yerli sakinlərin marağına səbəb olub. Redaksiyamıza göndərilən foto və qısa videoda insanlar plakatın qarşısına gələrək baxdığı görünür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.