Cəmiyyət

Nazirlik: "Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir"

18 Sentyabr 2020 16:30
Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekspert saatı" verilişində nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, meşələrdən rekreasiya məqsədilə istifadə üçün sahibkarlarla daimi müqavilə bağlanılmır: "Sahibkarların xəbəri olmadan orada monitorinqlər aparılır. Əgər onlar mövcud tələblərə uyğun fəaliyyət göstərirlərsə, onlarla bağlanan müddətli müqavilənin müddəti uzadılır. Lakin çox təəssüf ki, istirahət mərkəzləri adı altında fəaliyyət göstərən obyektlər çirkab suları meşə ərazilərinə axıdırlar, tullantıları meşələrə atırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.