UNEC tələbəsinin startapı dünya çempionu olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.
Universitetdən Milli.Az-a verilən məlumata görə, Londonda baş tutmalı olan, lakin koronavirus pandemiyasına görə onlayn keçirilən yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin "Biznesin idarəolunması" ixtisası üzrə III kurs tələbəsi Məhəmməd Kekalovun "Kekalove adaptive fashion" biznes ideyası həm dünya çempionu (grand champion), həm də "Yaradıcı" (Creative) kateqoriyası üzrə beynəlxalq qalib olub.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın təmsil olunduğu biznes yarışının məqsədi Birləşmiş Krallıq da daxil olmaqla, 7 ölkədə sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, biznes mərkəzlərinin yaradılması, o cümlədən gənclər üçün ingilis dili və sahibkarlıq mövzusuna aid təlimlərin keçirilməsidir.
UNEC tələbəsinin biznes startapı əngəlli şəxslərin fiziki məhdudiyyətlərini nəzərə alan xüsusi geyimləri dizayn və istehsal edir. Layihəyə əsasən, əngəlli şəxslərin geyim seçimləri ilə bağlı öncədən sorğu təşkil olunur. Sonra isə onların əngəllərinə uyğunlaşdırılmış adaptiv geyimlər hazırlanır. Dünyada 1 milyarddan çox əngəlli şəxs var ki, onların 190 milyona yaxını gündəlik həyatda geyimlə bağlı ciddi çətinliklərlə üzləşir. UNEC tələbəsinin startapı da məhz bu problemin həllinə yönəlib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
-
Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
-
Bu ərazilərə güclü yağış yağır
-
Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi
-
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
XƏBƏR LENTİ
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Millimiz dünya çempionatının yarımfinalında
-
Azovda həlak olan kapitanın həyat yoldaşı: hər kəsi xilas etsə də... - FOTO
-
İsrailin hücumları nəticəsində 3593 Livan vətəndaşı ölüb
-
Zığdakı insidentlə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB - VİDEO
-
Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
-
"100 dolları xırdaladım, cibimdə pul partlayırdı"
-
Bəziləri vizasız qaldı
-
Bakıda inanılmaz görüntü - elə yerdə “drift” etdilər ki... - VİDEO
-
Göygöldə güclü yağış fəsadlar törədib - FOTO
-
Ev heyvanı ilə yatanların nəzərinə
-
Sevgili olduqlarını təsdiqlədi
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Daşkəsəndə kişini at belində ildırım vurdu
-
“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Diş qıcama bu problemlərə səbəb olur
-
"Rıza baba" və komandası "şəhid" oldu?
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
-
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - YENİLƏNİB - FOTO
-
Mürsəl Əliyevə yeni vəzifə verildi
-
Bu qurumun rəhbəri dəyişdi
-
Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda təmsil olunur - FOTO
-
"Qızlarım onu məndən çox istəyir"





