Cəmiyyət

Alıcılar bunlara diqqət etsinlər - Balıq bazarında canlanma - VİDEO

9 Sentyabr 2020 16:13
Baxış: 8 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deyirlər balıq tutmağa nə qədər tezdən getsən bir o qədər bəxtin gətirər. Biz də bu məqsədlə sübh tezdən balıqçıların daha çox üz tutduğu Qum adasına gələrək bir günümüzü bu maraqlı peşə sahibləri ilə birgə keçirtmək qərarına gəldik.

Milli.Az bildirir ki, "ARB Xəbər" komandası Qum adasına gedərək balıqçılarla bağlı geniş süjet hazırlayıb.

Qum adası, səhərin sübh çağı. Günəşdən qabaq oyanıb özünü məkana çatdıran bu insanların arasında peşəkarlar da var, həvəskarlar da. Tilov əhli ilə qələm əhli bir araya gələndə isə mənzərə daha gözəl olurmuş.

Tilovuna ov yox, qonaq olduğumuz balıqçı deyir ki, 15 ildir yarıya qədər suyun içində balıq ovlayır.  

Balıqçı: "Balıqçılıq səbr tələb edən bir sahədir. Qızıl qayda odur ki, səhər sübh tezdən, hava işıqlanmamışdan, balıq tutduğunuz ünvanda olmalısız. Yaxşı balıqçı olmaq üçün düzgün seçim etməyi bacarmaq mütləq şərtdir. Hər bir balıq növünə görə düzgün alət, düzgün qarmaq, düzgün ağırlığı seçməliyik".

Balığın yemlərini də tanımaq lazımdır. Balıqçılar adətən balıq tutarkən dəniz qurdundan istifadə edirlər. Dəniz qurdu dənizin dibindən qazılaraq qumun içindən çıxarılır. Bu işlə həvəskarcasına məşğul olub balığını evinə aparan da var, sırf iş kimi yanaşıb tutduğunu bazara ötürən də. Bazarda isə əməlli-başlı canlanma gördük.

Satıcı: "Ən çox təlabat farel balıqlarına, diri sazanlar, bir də levrək, supra balıqlarınadır".

Ölü də olsa piştaxtanın şahı sayılan balıq nərədi. Elə qiyməti də nərə çəkir: 40-45 manat. Amma balıqsevənləri adətən qiymət qorxutmur. Qiymətdən qorxmaya bilərsən, amma keyfiyyətini mütləq sorğu-sual etməlisən.

Satıcı: "Alıcı balıq alarkən, ilk növbədə, qarnının bərkliyinə diqqət etməlidir. Üstündə siliklər olmalıdır, gözü şəffaf olmalıdır, bir də qulaqları qırmzı olmalıdır".

Balıqçıya balıq, satıcıya müştəri, müştəriyə pul arzusu ilə ...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.