Cəmiyyət

“Şeş-Qoşa at, Pulsuz Apar” - KONTAKT HOME-DAN ÇOXDAN GÖZLƏNİLƏN KAMPANİYA

20 Avqust 2020 10:40
Baxış: 2 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən son iPhone modeli, ultramüasir televizor, xəyallarınızdakı mebel dəsti - bütün bunları Kontakt Home-dan PULSUZ ala bilərsiniz!

Sevindirən mağazamız olan Kontakt Home yaxın vaxtlarda elan etdiyi rebrendinq zamanı müştəriləri
müxtəlif kampaniya və yeniliklərlə sevindirəcəyinə söz vermişdi. Məhz bu münasibətlə şəbəkə çox
sevilən "Şeş-Qoşa" kampaniyasını yenidən başlatmaq qərarına gəldi. Şərtlər həmişəki kimi çox sadədir.

20 avqust - 4 oktyabr tarixlərində Kontakt Home-un istənilən mağazasına yaxınlaşın, arzuladığınız
məhsulu qiymətindən və sayından asılı olmayaraq alın, elə yerindəcə zər atın. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulu tamamilə PULSUZ aparın.

Məsələn, 50" (127sm) ekranlı 4K dəstəkli Samsung televizorunun qiyməti 1360 manatdır və nağd alış
zamanı 360 manat endirimlə, 1000 manata əldə edirsiniz. Məhsul üçün 1000 manat ödəniş etdikdən
sonra sizə zər atmaq təklif edilir. Əgər zərdə Şeş-Qoşa düşərsə, 1000 manat sizə geri qaytarılır, yəni
məhsulu PULSUZ əldə edirsiniz.

Yaxud Xiaomi Redmi Note 9 Pro smartfonunun qiyməti 650 manatdır və nağd alış zamanı 50 manat
endirimlə 600 manata əldə edirsiniz. Məhsulu endirimli qiymətlə əldə edib qəbzlə birlikdə Şeş-Qoşa
stendinə yaxınlaşıb zər atırsınız. Bəxtinizə Şeş-Qoşa düşərsə, ödədiyiniz məbləğ sizə tamamilə geri
qaytarılır.

"Şeş-qoşa" kampaniyasının iştirakçısı olaraq həm bu xoş həyəcanı yaşaya, həm də aldığınız məhsulların qiymətinin 100%-ni zər ataraq geri qaytara bilərsiniz. Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Siz də "Kontakt Home"un sevindirdiyi minlərlə müştəridən biri olun!

Qeyd: Kampaniya həm nağd, həm 3 dəfəyə ödə, həm də taksit kartlarıyla alışa şamil olunur.
Kampaniyanın şərtləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.