Cəmiyyət

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

9 Avqust 2020 13:54
Baxış: 3 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra çimərliklərə ciddi axın müşahidə olunur. Bu isə öz növbəsində yoluxma riskini artırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, çimərliklərin istifadəyə verilməsindən sonra 1000 asan könüllü çimərliklərdə xidmət aparır, bununla bərabər çimərliklərlə bağlı "cimerlik.az" saytı istifadəyə verilib. Buna görə də, vətəndaşlar bu sayt vasitəsilə daha az adam çimərlikləri müəyyənləşdirib, həmin çimərliklərdə rahat istirahət edə bilərlər.

Qeyd edək ki, hazırda Bakıda çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul edirlər, portalda olan çimərliklərdə eyni anda 100 mindən çox insanın istifadə edə bilməsi üçün şərait yaradılıb, təhlükəsizlik tədbirləri görülüb.

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirir ki, şəhər ərazisində olan bütün çimərliklərdə yerində monitorinq aparılıb. "Cimerlik.az" portalında bu məlumatlar əlavə olunub və vətəndaşlar çimərliklərə üz tutmazdan əvvəl bu sayt vasitəsilə məlumatları öyrənə bilər. Bütün bu tədbirlər ilk növbədə insanların təhlükəsizliyini təmin etmək üçündür. Çimərliklərdə xüsusi arakəsmələrin gözlənilməsi üçün yerlər müəyyən edilib, lövhələr qoyulub, səsgücləndirici vasitələrlə maarifləndirmə işləri aparılır:

"Bir neçə gündür müşahidələrimiz narahatlığa əsas verir, Belə ki, insanlarımız portala müraciət etmədən, özlərinin müəyyənləşdirdiyi çimərliklərə üz tutur. Bu da arzu olunmaz sıxlıqların yaranmasına səbəb olur. Bir daha insanlarımızdan çimərliyə getməzdən öncə portaldan həmin çimərlikdə doluluq səviyyəsinə baxmalarını xahiş edirik"

Qaydalara əməl edərək "cimerlik.az" portalı vasitəsilə dənizə gələnlər isə şəraitdən və dənizdən razılıqlarını bildirirlər. Bakı şəhər sakini Sona İbrahimova bildirir ki, çimərliklərlə bağlı qadağanın götürülməsinə görə çox sevincldirlər: "Portal vasiətsiylə çimərliyə gəldik, və pulsuz olmasına baxmayaraq burada yaradılan vəziyyət ödənişli çimərliklərdən geri qalmır. Bir daha insanları qaydalara əməl etməyə çağırıram. əgər qaydalara əməl etsək yumşalmalar daha tez olacaq".

Çimərlikdə istirahət edən şəhər sakinlərindən biri də vəkillər kollegiyasının üzvü, hüquqşunas Qədir Rəhimov isə bildirir ki, yumşalmalar çox gözəl addımdır: Dövlətin karantin rejiminin yumşaldılması istiqamətində apardığı siyasətdən razıyıq, hər şey ilk növbədə insanların təhlükəsizliyinə yönəlib. Bu gün burda bütün imkanlardan istifadə olunaraq bu şərait yaradılıb. İnsanlar da öz üzərlərinə düşən vəzifələri yerinə yetirməli karantin rejinin tələblərinə əməl etməlidirlər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.