Cəmiyyət

Türk Şurasının Baş katibi Ermənistanın təxribatını kəskin şəkildə pisləyib

15 İyul 2020 08:19
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Şurasının Baş katibi Bağdad Amreyev Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə olunmaqla hücum edilməsini və bununla da regionda gərginliyin artmasını kəskin şəkildə pisləyib və bundan çox narahat olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş katib şəhidlərin ailələrinə, Azərbaycan xalqına və hökumətinə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Bəyanatda deyilir ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bildirir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll edilməsinin vacibliyini vurğulayır.

Baş katib tərəfləri döyüşlərin tezliklə dayandırılmasına, gərginliyin aradan qaldırılmasına və münaqişənin beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri əsasında sülh yolu ilə həlli üçün yollar axtarmaqda davam etməyə çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.