Cəmiyyət

"OnlayNHN" layihəsinin üçüncü turuna yekun vurulub

1 İyun 2020 17:06
Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ''Xəzər İntellektual Gənclər Klubu''nun təşkilatçılığı ilə gənclər arasında ''Evdə qal, OnlayNHNə qoşul'' şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə ''OnlayNHN'' layihəsinin üçüncü turuna yekun vurulub.

''Quantum'' platformasında keçirilən yarışda 50-dən artıq komanda mübarizə aparıb. 24 suallıq oyun paketinin 19 sualına doğru cavab verən lider Prestij komandası birinci, eyni sayda sualı cavablandıran lakin reytinq xallarında geri qalan YaSumBa GəPitİz komandası ikinci, Hərum komandası isə 18 xalla üçüncü yerə sahib olub. 

Layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq.

Növbəti tur üçün müraciətlər 30 maydan elan edilib. Qeydiyyat 6 İyun 21.00-a qədər davam edəcək.

Əlavə məlumatları "Xəzər İntellektual Gənclər Klubu" və "Xəmsə Milli İntellektual Oyunu"nun facebook səhifələrindən əldə etmək mümkündür.

Xəzər İntellektual Gənclər Klubu https://www.facebook.com/groups/Xezer/

Xəmsə Milli İntellektual Oyunu https://www.facebook.com/Xemseoyunu/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.