Cəmiyyət

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

27 May 2020 23:55
Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 May - Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən "15 İyul Şəhidlər", "Fatih Sultan Mehmet" və "Yavuz Sultan Səlim" körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Milli.Az bildirir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, mayın 27-si və 28-i keçiriləcək tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Qalata Qülləsi tarixi boyu ilk dəfədir xarici ölkənin bayrağının rənglərinə bürünür.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.