"Koronavirus stressindən qurtulmaq üçün..." - Azərbaycanlı psixoloq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus dünyada yeni nizamın yaranmasına səbəb oldu. Həyatın bütün müstəvilərində biz bu təsiri görürük. Düşünürəm hələ uzun müddət bəşəriyyət pandemiyadan irəli gələn yaşam şərtləri ilə yaşamalı olacaq.
Bunu Milli.Az-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov söyləyib.
O bildirib ki, insan faktoru bütün baş verənlərin fövqündə dayanır: "Pandemiya, birinci növbədə, insanlararası münasibətə, eləcədə də insanın özünə, cəmiyyətə, dünyaya baxışında yeni düşüncə tərzinin formalaşmasına gətirib çıxardı. Proses mərhələli şəkildə getdiyindən biz bunu həyatımızda kəskin sıçrayış formasında görmədik. Ancaq ətrafımızda nələrinsə dəyişdiyinin şahidi olduq. Söhbət tək sosial izolyasiyadan, xüsusi karantin rejiminin tələblərinə əməl etməkdən getmir. İstənilən qayda, şəxslərarası münasibətdə yeni davranış modelinin, yeni düşüncənin yaranmasına gətirib çıxarır. Hər bir insan da baş verənləri özünün fərdi psixoloji xüsusiyyətlərindən, dünyagörüşündən çıxış edərək dəyərləndirir. Biz özümüz də dünyanın bir parçası, fərqli mədəniyyətə, dəyər sisteminə malik olduğumuzdan bizə də bu proses fərqli formada təsir göstərib. Pandemiya zamanı biz ailədaxili münasibətlərdə, həm də cəmiyyətdə insanlararası münasibətdə, dövlət-vətəndaş münasibətində, eləcə də dövlətlərarası münasibətdə əvvəl görmədiyimiz, yaxud da görmək istəmədiyimiz yanaşmaları gördük. Şübhəsiz ki, baş verənlər hələ uzun müddət öz təsirini göstərəcək, beləliklə də bundan sonrakı həyatımız yeni yanaşmalar əsasında qurulacaq"
Psixoloq insanları koronavirusun stressindən qorunmaq üçün yalnış informasiyalardan uzaq qalmağa səsləyib.
"Bunun stressindən qurtulmaq üçün, birinci növbədə, pandemiyanın mövcud olduğunu qəbul etmək lazımdır. Fərqli, bir-birinə zidd fikir insanlarda qeyri-müəyyənliyin yaranmasına, dolayısı ilə stress halının daha da artmasına səbəb olur. Zatən bu gün narahatçılığın böyük bir qismi pandemiya ilə bağlı fərqli fikirlərin mövcud olması, nəticədə insanlar arasında bununla bağlı konkret fikrin formalaşmamasıdr. Ona görə də əsas diqqəti rəsmi qurumların verdiyi informasiya yönəltməliyik, yanlış informasiyalardan, mənbəyi bəlli olmayan xəbərlərdən özümüzü və yaxınlarımızı qorumalıyıq.
"Əslində, bu stress daha böyük miqyasda ola bilərdi. Sadəcə, xüsusi karantin rejiminin mərhələli şəkildə tətbiq olunması, kəskin stress vəziyyətinin yaranmamasına gətirib çıxardı. Şübhəsiz ki, bu, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin iradəsi ilə baş verdi. Dövlət başçısı cənab İlham Əliyevin hər bir vətəndaşın sağlamlağı və rihaf halını əsas tutması, bu istiqamətdə verdiyi qərarlar həm fiziki, həm də psixi sağlamlığımızın az zərər görməsi ilə nəticələndi. Eyni zamanda ayrı-ayrı dövlət və özəl qurumların, fərdi sahibkarın, ictimai insanların az təminatlı ailələrə göstərdiyi maddi və mənəvi dəstək kəskin stress halının yaranmamasına gətirib çıxardı.
İnsanların koronavirusa qarşı qeyri-ciddi yanaşmasına münasibət bildirən psixoloq söyləyib ki, biz bunu bütün insanlara şamil edə bilmərik:
"Bu, eyni zamanda, sırf koronavirusla bağlı məsələ deyil. Bir qism insanlar var ki, onlara qaydalara əməl etmək hər zaman çətin olub. Bir qism insanlar var ki, onlar çox zaman ətrafda baş verən hadisələrə şübhə ilə yanaşıblar və s. İnsanların hamısı eyni psixologiyaya malik olmadığından hadisələrə də fərqli müstəvidən yanaşırlar. Bütün hallarda biz koronavirusla mübarizə çərçivəsində tələb olunan qaydalara əməl etməli, özümüzü və yaxınlarımızı bu bəladan qorumağa çalışmalıyıq".
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Baş nazir Əli Əsədov mühüm qərar imzaladı
-
Diplomatik xidmətə qəbul imtahanının nəticələri 3 həftəyə açıqlanacaq
-
“General-mayor” ali hərbi rütbəsi alan Elçin Abdullayev kimdir? - Dosye
-
Həftəsonu Azərbaycanda hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib
-
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib
XƏBƏR LENTİ
-
Brent neftinin qiyməti 73,75 dollara düşdü
-
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
-
Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu
-
DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi
-
Ağcabədidə iki avtomobil toqquşdu, bir sürücü həyatını itirdi
-
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir
-
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın
-
Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət
-
Unsuz hazırlanan "fit" poğaça resepti
-
İsti havalarda su əvəzinə süd için
-
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq
-
Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi
-
Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Mərakeş millisindən yeni rekord
-
3 uşaq anası ağır sənəti seçdi, indi yüksək gəlir əldə edir: Magdanın uğur hekayəsi (Foto)
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
-
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
-
Kanada “Avroviziya”da iştirak hüququ qazandı
-
Ən çox dişlənən qan qrupu: Ağcaqanadlar sizi niyə seçir?
-
Şahin Bağırovdan avtomobil idxalı ilə bağlı yeni açıqlama: İmtiyazlar bərpa olunacaq?
-
Abbasqulu ağa Bakıxanov küçəsində hərəkət məhdudlaşdırılacaq
-
"Qalatasaray"dan Can Uzun üçün 40 milyon avroluq təklif





