Cəmiyyət

Göyçay sakini həmkəndlisini bıçaqlayıb

25 Aprel 2020 22:02
0 Şərh     Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Qadir Şıxıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğlunu bıçaqlayıb.

Döş qəfəsi və bud nahiyəsindən bıçaq xəsarəti alan Ramin Soltanov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.