Cəmiyyət

Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanılıb

5 Aprel 2020 20:03
5 Şərh     Baxış: 2 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə həyat yoldaşının üzərinə benzin töküb yandıran şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxs Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Abbasov Simon Yaşar oğludur.

Həmin şəxs Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşların keçirdikləri əməliyyat nəticəsində tutulub. Qeyd edək ki hadisə ötən gecə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökərək yandırıb. Səbəb isə onların boşanması olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.