Cəmiyyət

Kontakt Home-dan unikal xidmət - AZƏRBAYCANDA İLK DƏFƏ

2 Aprel 2020 13:10
Baxış: 1 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kontakt Home Azərbaycanda ilk dəfə olaraq mağazalardan onlayn video-konsultasiya xidmətini
istifadəyə verib. Respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, ticarət obyektlərində
yerində xidmətin ləğv olunmasından sonra müştəri məmnuniyyətini təmin etmək və onlara operativ xidmət
göstərmək üçün şəbəkə belə bir xidməti təqdim etmək qərarına gəlib.

Onlayn video-konsultasiya xidməti belə işləyir:
Müştəri adını, soyadını, aktiv nömrəsini, maraqlandığı məhsul və ya kateqoriyanı Kontakt Home-un
sosial şəbəkə hesablarına yazaraq və ya *6060 Çağrı Mərkəzinə zəng edərək bildirir. Çox qısa zaman ərzində
satış təmsilçiləri elə mağazadan WhatsApp vasitəsilə müştəriyə videozəng edərək müştərinin maraqlandığı
məhsulların detallarını ona göstərir, xarakteristikasını və istifadə qaydasını izah edir, müştərinin suallarını
cavablandırır. Daha sonra müştəri bəyəndiyi məhsulu sifariş edə bilər. Sifariş gün ərzində, pulsuz və tam
təhlükəsiz onun ünvanına çatdırılacaq. Videozəng zamanı müştərilər, rahatlıqları üçün öz görüntülərini bağlaya bilər.

Qeyd edək ki, müştərilər sevdikləri məhsulları həm də 7/24 fəaliyyət göstərən www.kontakt.az
saytından 1 kliklə sifariş verə bilərlər. Sifariş GÜN ƏRZİNDƏ, PULSUZ TƏHLÜKƏSİZ qaydada istənilən ünvana çatdırılacaq. Çatdırılma Bakı, Sumqayıt, Xırdalar, Abşeron, Gəncə, Masallı və Qəbələ şəhərləri daxilində həyata
keçirilir. Məhsulları istər nağd, istər taksit, istərsə də 24 ayadək faizsiz şərtlərlə sifariş etmək mümkündür.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.