Cəmiyyət

Kontakt Home müştərilərinə şad xəbər: BÜTÜN KREDİTLƏRƏ GÜZƏŞT EDİLDİ

29 Mart 2020 14:10
Baxış: 5 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkənin ən böyük elektronika brendlərindən olan Kontakt Home mağazalar şəbəkəsi bütün
müştərilərinin aylıq ödənişlərinə 1 aylıq güzəşt edib. Bu barədə şəbəkənin rəsmi sosial şəbəkə hesablarında
məlumat verilib.

Artıq uzun müddətdir ki, şirkət "Müştəri güzəşt proqramı" çərçivəsində müştəri müraciətlərini fərdi
araşdırır və onlara aylıq ödənişlərlə bağlı güzəştlər tətbiq edirdi. Təkcə mart ayı ərzində ölkədə tətbiq edilmiş
karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin aylıq
ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq uzadılmışdı.

Karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq şirkət bu
güzəşt proqramını hər kəs üçün açıq edib. Başqa sözlə, bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1
aylıq güzəşt müddəti tətbiq olunacaq və həmin müddətdə ödənilməyən borclara görə hər hansı gecikmə
hesablanmayacaq.

Qeyd edək ki, Kontakt Home koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Yaxın günlərdə
"Koronavirusla Mübarizəyə Dəstək Fondu"na 50 min manat vəsait ayırmışdı. Eyni zamanda şəbəkə öz
fəaliyyətində təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə
bilmələri üçün müştərilərinə onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əsasən, martın 29-dan etibarən ölkədəki
bütün ticarət obyektləri kimi, Kontakt Home mağazaları da yerində xidməti müvəqqəti dayandırır. Bununla
əlaqədar sevdiyiniz məhsulları 7/24 fəaliyyət göstərən www.kontakt.az saytından istər nağd, istər taksit,
istərsə də 24 ayadək faizsiz şərtlərlə sifariş edə bilərsiniz. Sifarişiniz gün ərzində PULSUZ və TƏHLÜKƏSİZ
qaydada ünvanınıza çatdırılacaq.
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.