Cəmiyyət

İnstaqram-da tanış olduğu oğlana ərə gedən gəlin 2 gün sonra … - VİDEO

17 Mart 2020 12:06
2 Şərh     Baxış: 6 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişinə müraciət edən Mənzər xanım oğlunun boşanmasını istəmədiyini deyib.

"Oğlum İstaqram-dan bir qızla tanış olmuşdu. Qızı Şəkidən qaçırıb gətirdi evə. Mən də qəbul etdim. Nikahlarını kəsdirdim. Üzərindən bir müddət keçdi. Qız mənimlə yaxşı idi. Qohumumuz bizi qonaq çağırdı. Gəlin dedi ki, mən səninlə gəlmirəm. İyun ayının 24-ü toy etdik. Toydan 2 gün sonra gəlin dedi ki, mən boşanıram. Getdim onlara gördüm ki, oğlum küçədə ağlayır. Gəlinə dedim ki, nə olub? Dedi, səhv etmişəm, boşanmaq istəyirəm. Sonra məlum oldu ki, qız oğlumu yox, məni istəmirmiş. Mən də el adəti ilə toy etmişəm, eldən ayıbdır. Boşanmalarını istəmirəm. İndi də məni məhkəmə ilə qorxudurlar".

Telefon bağlantısı ilə əlaqə saxlayan Almaz xanımın gəlini Mənzər də qayınanasının ittihamlarına münasibət bildirib:

"Əvvəl hər şey yaxşı idi. Anamdan seçmirdim onu. Sonra ona kənar təsirlər oldu. Mənə münasibəti dəyişdi. Qərarım qətidir. Barışmaq istəmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.