Cəmiyyət

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var - VİDEO

22 Yanvar 2020 08:34
0 Şərh     Baxış: 4 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08:34

Sumqayıtda baş verən qəzada 1 nəfər ölüb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.

Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

---------

08:19

Sumqayıtda yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə hadisə səhər saatlarında qeydə alınıb.

Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan "Mercedes Sprinter" markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb qarşı hərəkət istiqamətinə keçib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzada ölən və xəsarət alanların olub-olması barədə dəqiq məlumat yoxdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.