Ölkəyə qaçaq yolla gətirilən saxta içkilər - Mahaçqala, Dərbənd tərəfdə, gizlədilmiş yolla... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çatdırma xidmətinin əməkdaşı: "Həmin içkilər Gəncədə var, Xırdalanda var, bir də Şamaxıda. Götürürlər, yerləri tapırlar aparıb verirlər".
Bu, bir kuryerin etirafıdır. Və bəlli olur ki, hələ də saxta spirtli içki hazırlayan şəxslər və sexlər öz fəaliyyətini hələ də davam etdirir. Bahalı brendlərin etiketi vurulmuş saxta içkilər satış mərkəzlərinə çox ucuz qiymətə paylanılır.
Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Çatdırma xidmətinin əməkdaşı: "Maya dəyəri 10 manatdır. 20 manata satırlar, satış mərkəzləri də həmin qiymətə satırlar".
Daha çox qazanmaq istəyinə görə satış nöqtələri ucuz qiymətə aldığı mənşəyi bilinməyən bu məhsullari öz müştərilərinə təklif edir. Saxta içkilərin tərkibinə qatılanlar isə insana ölümlə nəticələnən sərxoşluq gətirir.
Vüqar Mikayılov - Professor: "Tərkibində metil spirti olan bizim düşündüyümüz spirtdi. Ancaq bu keyfiyyətli spirt yox, distillə proesesində baş fraksiya ilə quyruq fraksiyanın qarışığıdır. Adicə 4 millilitr orqanizmə metil spirti düşdükdə insan artıq zəhərlənir. Spirtin miqdarı 30-a çatdıqda isə ölümə səbəb olur".
Mütəxəssislər deyirlər ki, əksər hallarda bu məhsulların hazırlanması üçün xammal yerli zavodlardan əldə edilir. Eyni zamanda, saxta içki istehsalı zamanı bir çox texnoloji proseslərə də düzgən əməl edilmir.
Vüqar Mikayılov - Professor: "Əsasən də, xammalı spirt zavodlarından əldə edirlər, konyak zavodlarından əldə edirlər. Qatqılar qatmaqla, əlavə ətir verən maddələr qatmaqla hazırlanır. Məsələn, rəng almaq üçün koller və digər qatqılar vurulur. Belə bir aromat əlavə etməklə viski hazırlayırlar. Amma bunun üstündə işləmələr aparılmayıb".
Mütəxəsisslər deyirlər ki, aparılan silsilə əməliyyat axtarış tədbirləri yerli saxta spirtli içki bazarına öz təsirini göstərsə də, ölkəyə qaçaq yolla da belə məhsullar gətirilir.
İsmayıl Zalov - Ekspert: "Dəmiryolu ilə gətirilməsi, əsasən də qaçaq yolla gətirilməsi baş verir. Gizli yerlər var, onu da bilirlər. Mahaçqala, Dərbənd tərəfdə, gizlədilmiş yolla Azərbayacana daxil edirlər".
İlkin Bağırov - Gömrük Komitəsinin idarə rəisi: "2019-cu il ərzində aksiz markası olmayan, habelə marka olmadan, satma, satış məqsədi ilə saxlama və qaçaqmalçılıq yolu ölkəyə gətirlməsinə cəhd edilən ümumilikdə 82 fakt üzrə 130 980 manat dəyərində, 80 894 litr həcmində spirtli içkilər saxlanılıb".
Təkcə ötən ilin son ayında standartlara cavab verməyən spirtli içkilərdən 4 nəfər ölüb, 1 nəfər kor olub, 13 nəfər isə ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
-
İsti havalarda az yemək təhlükəli ola bilər
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
XƏBƏR LENTİ
-
“Qalatasaray” Van Deykə təklif göndərəcək
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var
-
Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığında YANĞIN
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
-
DÇ-2026-nın açılışında ölüm hadisəsi olub
-
İstanbul hava limanında 746 min manatlıq narkotik ələ keçirildi - FOTO
-
Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
-
Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
-
Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi
-
Stilist Anar Pərvin Abıyevanın görünüşünü dəyişdi - VİDEO
-
İsti havalarda az yemək təhlükəli ola bilər
-
Türkiyədə müğənninin Ərdoğan üçün ifası diqqət çəkib - VİDEO
-
Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb





