Cəmiyyət

Bakıda bu istiqamətdə nəqliyyatın hərəkəti tam dayandırıldı

14 Dekabr 2019 20:09
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonu "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamam ərazisində baş verən yanğınla əlaqədar hazırda mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov küçəsində və 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 3-cü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur. Bakı Nəqliyyat Agentliyi sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş edir.

Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.