Cəmiyyət

Şəhid ailəsində möhtəşəm toy - Deputatlar oynadılar

14 Dekabr 2019 09:17
2 Şərh     Baxış: 3 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün keçirilən şəhid ailəsinin toy mərasimində ictimaiyyətin tanınmış simaları iştirak edib.

Milli.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, aparıcı Elgiz Əkbər bu barədə "İnstagram" hesabında görüntü paylaşıb. Müdafiə Nazirliyinin zabit heyəti, sabiq deputatlar Hadi Rəcəbli, Hüseynbala Mirələmov, tanınmış vəkil Şəfiqə Nağıyeva, teleaparıcı Elgiz Əkbər və digər məşhur simalar bu şad gündə iştirak ediblər. Bəy və gəlin, zala Azərbaycan Dövlət Himninin sədaları altında daxil olub.

Toyu müğənni Manaf Ağayev idarə edib.

Elgiz Əkbər qeyd edib ki, bəy atasını itirib və onun hər iki əmisi Qarabağ müharibəsində şəhid olub. Aparıcı toyda iştirak edənlərə xüsusi minnətdarlıq edib:

"Səsimizə səs verib toyda iştirak edənlərə, təşəkkür bildiririk".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.