Cəmiyyət

Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb

10 Dekabr 2019 21:12
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.