Cəmiyyət

Rusiyada soydaşımızı siqaretə görə Azərbaycana buraxmayıblar

9 Dekabr 2019 23:59
0 Şərh     Baxış: 2 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Kirov şəhəri Lenin rayonu məhkəməsi azərbaycanlı fərdi sahibkara tütün və siqaret ticarətini qadağan edib. Səbəb onun mağazasının "Günəş" uşaq bağçasından 20 metr məsafədə yerləşməsidir.

Milli.Az bildirir ki, icra sənədi müəssisə sahibinə təhvil verilib. Ona həmçinin ölkədən kənara çıxmaq qadağası qoyulub.

Qadağaya baxmayaraq, soydaşımız hələ də tütün vasitələri satmaqda davam edib. Bundan başqa, o, Azərbaycana istirahətə də gəlmək istəyib. Lakin onu aeroportdan təyyarəyə buraxmayıblar.

Yalnız bundan sonra sahibkar məhkəmənin tələblərinə əməl etməyə başlayıb. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.