Cəmiyyət

Tovuzda iki qadın dəm qazından zəhərlənib

8 Dekabr 2019 23:37
1 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda zəhərlənmə olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü kənd sakini İsmayılova Yeganə Tofiq qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Digər zəhərlənmə hadisəsi rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Kamilova Vüsalə Xəyyam qızı da hamam otağında zəhərlənib. 34 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.