Cəmiyyət

“Kreativ Azərbaycan” portalının təqdimatı və nazirlər paneli keçiriləcək

7 Dekabr 2019 09:00
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyini, eləcə də yaradıcı iqtisadiyyat kontekstində yaradıcı sənayelərinin milli iqtisadiyyatlarda vacib rola malik olduğunu və perspektiv imkanlar açdığını nəzərə alaraq, bu sənaye sahələrinin inkişafı və yaradıcılıq proseslərinin iqtisadi və sosial təsirlərinin artırılması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə müxtəlif fəaliyyətlər həyata keçirilir.

Bu məqsədlə 9 dekabr 2019-cu il tarixində saat 09:30-da Bakı Konqress Mərkəzində "Kreativ Azərbaycan" portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcəkdir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, "Kreativ Azərbaycan" portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılmışdır. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunacaq, həmçinin, yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərəcəkdir.

Portalın yaradılmasında məqsəd həmçinin Azərbaycanın yaradıcı məhsullarının "Kreativ Azərbaycan" brendi altında təşviqidir.

Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri və eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda panel sessiyası keçiriləcəkdir.

Sessiya çərçivəsində mədəniyyət, iqtisadiyyat, təhsil, məşğulluq, əqli mülkiyyət, innovasiyalar, şəhərsalma kimi mövzular müzakirə olunacaqdır.

"Kreativ Azərbaycan" portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda panel müzakirəsi

PROQRAM

Tədbirin vaxtı və məkanı:

9 dekabr 2019-cu il, saat 10:00 - 12:30 - Bakı Konqres Mərkəzi

09:30 - 10:00

İştirakçıların qeydiyyatı

10:00 - 10:10

Açılış - Video-təqdimat

10:10 - 10:30

Yaradıcı sənayelər: qlobal trendlər və yerli imkanlar Vasif Eyvazzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri

"Kreativ Azərbaycan" portalının təqdimatı

Ramil Abbəkirov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri

10:30 - 12:30

Müzakirə sessiyası: "Yaradıcı və mədəniyyət sənayeləri: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar"

Moderator: Rüfət Həmzəyev (AzTV)

Çıxışçılar:

Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət naziri

Ceyhun Bayramov, Azərbaycan Respublikasının təhsil naziri

Sahil Babayev, Azərbaycan Respublikasının əmək və əhalinin əosial müdafiəsi naziri

Sevinc Həsənova, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Anar Quliyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini

Elmir Vəlizadə, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Kamran İmanov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

Samr Şah, British Council təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.