Cəmiyyət

Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib - FOTO

6 Dekabr 2019 21:14
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə yevlaxlılar da yüksək əhval-ruhiyyə ilə qoşulublar. Milli.Az Trend-ə istinadən bildirir ki, genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən aksiyada rayon ərazisində minlərlə ağac əkilib.

Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayonda əvvəlcədən ciddi hazırlıq işləri görülüb. Ağacların əkiləcəyi ərazilər müəyyənləşdirilib, çalalar qazılıb, arxlar çəkilib.

Yevlaxlılar dekabrın 6-da ağacəkmə kampaniyasına şəhər mədəniyyət işçilərinin səsləndirdiyi musiqi sədaları altında başlayıblar. Rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, gənclər, ziyalılar, sadə vətəndaşlar bu xeyirxah aksiyada ruh yüksəkliyi ilə iştirak ediblər. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması həyata keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.