Cəmiyyət

Şəkidə genişmiqyaslı kampaniya çərçivəsində minlərlə ağac əkilib - FOTO

6 Dekabr 2019 18:17
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Şəki rayonunun sakinləri də böyük həvəslə qoşulublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, dekabrın 6-da səhər saatlarından başlanan aksiya zamanı Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı 3 hektar ərazidə, Rayon Mərkəzi Xəstəxanasının ətrafında, Zərifə Əliyeva küçəsi boyunca, M.F.Axundzadə adına mədəniyyət və istirahət parkının ərazisində, Bideyiz kəndinin yaxınlığında 4 hektar ərazidə minlərlə ağac əkilib.

Aksiyada iştirak edən şəkililər Nəsiminin xatirəsinə əkilən ağacların, salınan yaşıllıq zolaqlarının ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına olduqca müsbət təsir göstərəcəyini vurğulayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.